main-post-cover

    Xiaomi şirkəti büdcəli Redmi smartfonları üçün MIUI beta versiyalarını təqdim etməyəcək

    10.06.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti öz smartfonları üçün MIUI interfeysinin beta versiyasının təqdim edilməsi siyasətinə yenidən nəzər yetirməyi qərara alıb. Belə ki, şirkətin rəsmi MIUI forumunda verdiyi məlumata əsasən 5 iyul tarixindən başlayaraq şirkət 1 ildən çox müddət əvvəl satışa çıxmış smartfon modelləri üçün MIUI interfeysinin beta versiyasını artıq təqdim etməyəcək. Bu barədə Gagadget saytı xəbər verib.
        Həmin smartfon modellərinin hamısı stabil MIUI yenilənmələrini əldə etməyə davam edəcəklər. Lakin həmin yeniliklər yalnız şirkət tərtibatçıları tərəfindən test olunandan sonra istifadəçilərə təqdim olunacaqlar. Bundan əlavə olaraq şirkət Redmi brendinin büdcəli smartfon modelləri üçün də MIUI beta versiyalarını təqdim etməyi planlaşdırmır.
        Buna görə də bir neçə müddət bundan öncə satışa çıxmış Redmi 7Redmi 7A modellərinin istifadəçiləri yeni MIUI funksiyalarının testində iştirak edə bilməyəcəklər. Bütün bu dəyişikliklər hələki yalnız Çin bazarına şamil olunur. Lakin çox güman ki, həmin dəyişikliklər MIUI-nin qlobal versiyası üçün də tətbiq olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər