main-post-cover

    Xiaomi şirkəti Black Shark 3 və Black Shark 3 Pro gamer smartfonlarını təqdim etdi - QİYMƏTİ

    Elm & Texnologiya
    03.03.2020
    Farid Pardashunas
        Xiaomi şirkəti Çində keçirilmiş xüsusi tədbir çərçivəsində 3-cü nəsil Black Shark gamer smartfonunu təqdim etdi. Lakin bu dəfə şirkət smartfonu iki versiyada təqdim etdi: Black Shark 3Black Shark 3 Pro. Yeni nəsil gamer smartfonlarda şirkət flaqman texniki özəlliklərdən əlavə onların dizaynlarına yenidən diqqət yetirib, yeni növ şarj texnologiyasını və gamer smartfonlarda indiyənə kimi rast gəlinməyən qeyri adi idarəetmə sistemini reallaşdırıb. Hər iki smartfon xarici görünüşcə eynidirlər. Lakin ölçü və bəzi funksionallıq baxımından bir-birindən fərqlənirlər. Məsələn adi Black Shark 3 modeli HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunduğu halda Pro model 7.1 düym AMOLED ekranla təchiz olunur.
        Hər iki smartfonun ekranı 90 Hz-lik təsvir yenilənməsini və HDR10+ texnologiyasını dəstəkləyir. Bundan əlavə olaraq hər iki smartfonun ekranı 270 Hz tezlikli toxunuş reaksiyasını dəstəkləyir. Bu isə rekord göstəricidir. Şirkətin verdiyi məlumata əsasən bir barmağın smartfon ekranına toxunuşu zamanı ekranın verdiyi reaksiya gecikməsi sadəcə 24 millisaniyə təşkil edir. Bir neçə barmaq toxunuşu üçün isə bu göstərici 28 millisaniyədir. Həmçinin smartfonların ekranları barmağın hansı güclə klikləndiyini də təyin edə bilirlər. Bu isə öz növbəsində bir sıra mobil oyunlarda dəstəklənən özəllikdir. Adi Black Shark 3 ilə Pro model öz aralarında həm də RAM göstəriciləri, daxili yaddaş və batareya həcmləri ilə fərlqənirlər.
        Kameralar hər iki smartfonda eyni olaraq qalıblar. Beləliklə adi Black Shark 3 modeli Snapdragon 865 prosessoru, Adreno 650 qrafik sürətləndirici, LPDDR5 standartlı 12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP + 5 MP üçlü arxa kamera, 20 MP-lik ön kmaera, 65 vatt gücündə sürətli şarj texnologiyalı / 18 vatt gücündə maqnit şarj texnologiyalı 4720 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Black Shark 3 Pro-ya gəldikdə isə o, LPDDR5 standartlı 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi və 65 vatt gücündə sürətli şarj texnologiyalı / 18 vatt gücündə maqnit şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonlar Android 10 əməliyyat sistemi vasitəslə çalışırlar. Black Shark 3 Pro-nun daha bir fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, mobil smartfonlarda ilk dəfə olaraq gövdədə gizli saxlanılan fiziki düymələrə sahibdir.
        Həmin düymələr bir çox smartfonların sahib olduqları hərəkətli ön kamera kimi çalışırlar. Smartfondan adi istifadə zamanı sözügedən düymələr smartfonun gövdəsində gizlədilir. Lakin hansısa oyunu işə salan zaman smartfonun sağ hissəsinin yuxarı və aşağısında mexaniki düymələr ortaya çıxırlar. Onlar oyun konsollarının gamepadlarında olan triggerlər rolunu oynayırlar. Adi Black Shark 3-ün 4720 mAH enerji tutumlu batareyaya sahib olmasına baxmayaraq şirkətin verdiyi məlumata əsasən smartfon sisteminin optimizasiyas vasitəsilə onun çalışma müddəti 5020 mAh enerji tutumlu batareyaya sahib smartfonun çalışma müddətinə bərabərdir. Hər iki smartfonda 65 vatt gücündə sürətli şarj texnologiyası reallaşdırılıb. Onun sayəsində smartfonlar 100% enerjini 38 dəqiqəyə yığa bilirlər.
        Bununla yanaşı hər iki smartfonun arxa panelində maqnit konnektor yerləşdirilib. Həmin konnektora isə xüsusi naqil qoşulur. Həmin naqil oyun zamanı istifadəçinin narahat olmaması üçün nəzərdə tutulub. Bütün bu özəlliklərdən əlavə olaraq hər iki smartfon 5G şəbəkəsi ilə Wi-Fi 6 standartını dəstəkləyir. Adi Black Shark modeli 6 mart tarixində satışa çxacaq. 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 501$-a, 12 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 544$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 573$-a satılacaq. Black Shark 3 Pro modeli 10 mart tarixində satışa çıxacaq. 8 GB RAM-a sahib versiya 673$-a, 12 GB RAM-a sahib versiya isə 716$-a satılacaq. Sözügedən smartfonlarla yanaşı şirkət həmçinin onlar üçün nəzərdə tutulmuş aksessuarları da təqdim edib. Beləliklə xarici kuler 26$-a, qoşula bilən gamepad 29$-a, Black Shark Bluetooth Gaming Headset 2 qulaqlığı isə 72$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər