main-post-cover

    Xiaomi şirkəti artıq Mi Band 5 üzərində çalışır

    Elm & Texnologiya
    21.08.2019
    Farid Pardashunas
        İyun ayında Xiaomi şirkəti özünün Mi Band 4 smart qolbağını təqdim etmişdi. Lakin indi məlum olub ki, şirkət artıq Mi Band 5 üzərində aktiv şəkildə çalışır. Bu barədə Gizmochina saytı xəbər verib. Məlumatı isə Huami şirkətinin rəhbəri Wang Huang bildirib. Qeyd etmək lazımdır ki, Huami şirkəti Amazfit smart saat modelləri ilə Mi Band smart qolbaqlarının istehsalı ilə məşğuldur. Wang Huang bildirib ki, onlar artıq Mi Band 5 üzərində işlərə start veriblər.
        “Bizim, Mi Band 5-i satışa çıxardacağımız üzrə əvvəlcədən təyin olunmuş vaxt göstəricimiz yoxdur. Lakin biz artıq Xiaomi ilə birlikdə Mi Band 5 üzərində çalışmağa başlamışıq və bu, çox zaman almayacaq. Biz Mi Band 4-ü hələ yenicə satışa çıxartmışıq. Lakin potensial var ki, Mi Band 5 gələn il satışa çıxsın” - deyə Wang Huang bildirib. Güman etmək olar ki, Mi Band 5 smart qolbağı gələn ilin yayında deyil, bir qədər tez satışa çıxa bilər. Qeyd etmək lazımdır ki, satışa çıxmasından bir neçə gün sonra Mi Band 4 smart qolbağı Xiaomi şirkətinin ən məşhur məhsullarındn birinə çevrildi. Belə ki, şirkət ilk 1 milyon cihazı 8 günə sata bildi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər