main-post-cover

    Xiaomi şirkəti 64 MP'lik arxa kameralı Redmi smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    14.06.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Samsung şirkəti 64 MP-lik kameraya sahib Galaxy A70s smartfon modeli üzərində çalışır. İndi isə məlum olub ki, bu cür kameraya sahib smartfon üzərində həmçinin Xiaomi şirkəti də çalışır. Bu barədə Gagadget saytı xəbər verib.
        Belə ki, Ice Universe ləqəbi ilə tanınan məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi şirkəti əsas kamera modulu 64 MP-lik olacaq Redmi smartfon modeli üzərində çalılşır. Məlumata əsasən həmin kamera yaxşı işıqlandırılmamış mühitdə 16 MP-lik keyfiyyətdə fotolar çəkə biləcək.
        Bununla yanaşı həmin kamera modulu real zaman ərzində 100 dB-ə (desibel) kimi HDR-ı, 1080p (saniyədə 480 kadr) keyfiyyətində slow-mo videoların çəkilişini və Super PD PDAF texnologiyasını dəstəkləyəcək. Təəssüflər olsun ki, 64 MP-lik kameraya sahib olacaq smartfonun özü barəsində ətraflı məlumat yoxdur. Nəzərə alsaq ki, bu cür kamera modulunun irimiqyaslı istehsalına bu ilin ikinci yarısında start veriləcək, həmin kameraya sahib smartfonu noyabr və ya dekabr ayında gözləmək lazımdır.
    Linki kopyala