main-post-cover

    Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    02.04.2020
    Farid Pardashunas
        Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstəricisi 108 MP-dən yüksək olan yeni smartfon modeli üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən smartfon bazara Xiaomi Mi CC10 Pro və ya Xiaomi Mi 10S Pro (qlobal versiyada) adı ilə satışa çıxacaq. Smartfonun əsas özəlliyi isə ondan ibarət olacaq ki, o, 144 MP-lik arxa kamera sensoruna sahib olacaq.
        Hal hazırda mobil bazarda bu cür kamera sensoru yoxdur. Lakin bir sıra məlumatlara əsasən Samsung şirkəti artıq 144 MP-lik kamera sensoru üzərində çalışır. Sözügedən kamera sensorunun ölçüsü Samsung-un 108 MP-lik ISOCELL Bright HMX kamera sensorunun ölçüsündən daha böyük olacaq və 14 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir. Çox güman ki, onu bu ilin ikinci yarısından tez gözləmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər