main-post-cover

    Xiaomi Redmi K30 5G modeli 144 Hz ekran tezliyini dəstəkləyirmiş ( VİDEO )

    Elm & Texnologiya
    14.01.2020
    Nijat Hamid
            Xiaomi-nin yaxın zamanlarda təqdim etdiyi 120 Hz ekran yenilənmə tezliyinə malik Redmi K30 5G modelinin əslində 144 Hz tezliyi belə dəstəklədiyi ortaya çıxdı. İPS LCD ekrana malik cihazın ekranı tam potensialında 144 Hz yenilənmə tezliyini dəstəkləyir. 120 Hz kimi yüksək yenilənmə tezliyi istifadəçilərə daha axıcı bir təcrübə yaşatdığı halda 144 Hz bu təcrübəni daha da optimallaşdıra bilir.

    Xiaomi rəsmilərindən Lu Weibing paylaşdığı videoda Redmi K30 5G modelinin 144 Hz-ə yüksəldilmiş ekranını göstərdi.

            Lu Weibing bildirir ki, bu özəllik sadəcə laboratoriya ortamında test məqsədi üçün istifadə edilib. Lakin gördüyümüz kimi problemsiz şəkildə cihaz və ekran 144 Hz ilə işləyə bilir. Qeyd edək ki, ekranın yenilənmə tezliyi artdıqca ekran daha çox batareya istifadə edir və prosessor daha çox güc xərcləyir. Bəlkə də bu səbəbdən 144 Hz istifadə edilmədi, lakin video ilə bunu istifadəçilərə göstərdilərsə, çox güman bir yenilənmə ilə Redmi K30 5G modellərinə 144 Hz dəstəyini gətirə bilərlər.
    Linki kopyala