main-post-cover

    Xiaomi Redmi 5 və Redmi 5 Plus modelləri rəsmi şəkildə təqdim olundular

    Elm & Texnologiya
    07.12.2017
    Farid Pardashunas
    “Xiaomi” şirkəti Pekində keçirilmiş tədbir çərçivəsində yeni Redmi 5 və Redmi 5 Plus modellərini təqdim etdi.

    Hər iki smartfonun ön panelində fiziki düymələr yoxdur. İdarəetmə isə sensorlu düymələr vasitəsilə yerinə yetirilir. Barmaq izi skanı isə arxa paneldə yerləşdirilib. Burda həmçinin bir ədəd kamera da var. Ekranın ətrafında olan çərçivələr genişdir. Şirkətin verdiyi məlumata əsasən bu, smartfonun davamlılığı üçün belə edilib. Smartfonların korpusları isə metaldan hazırlanıb. Ümumilikdə yeni smartfonların dizaynları ənənəvidir.

    Texniki göstəricilərinə gəldikdə Redmi 5 5.7 inç ekran, Snapdragon 450 prosessoru, 2 GB RAM, 32 GB daxili yaddaş, 12 MP-lik arxa, 5 MP-lik ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 5 Plus modeli isə 5.99 inç ekran, Snapdragon 625 prosessoru, 3 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik arxa, 5 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon MIUI 9 interfeysli Android Nougat əməliyyat sistemi vasitəsilə çalışır. 2 GB RAM və 16 GB daxili yaddaşa sahib Redmi 5 120$, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib olan versiya isə 135$ qiymətinə satılacaq. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib Redmi 5 Plus 151$, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 196$ qiymətinə satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər