Xiaomi Pocophone F1 təqdimatdan öncə online mağazalarda aşkar edildi
Elm & Texnologiya
07.08.2018
Farid Pardashunas
Görünür, Xiaomi şirkəti sözün əsl mənasında Avropa bazarına
öz əsas diqqətini ayırıb. Belə ki, şirkətin Pocophone F1 adlı yeni flaqman
smartfonu artıq yaxın zamanda satışa çıxacaq. Baxmayaraq ki, sözügedən smartfon
hələki təqdim olunmayıb, onun ön sifarişləri artıq bir sıra saytlarda yer alıb.
Bundan əlavə olaraq onun texniki göstəriciləri və qiyməti də məlum olub. Bu məlumatlardan
belə qənaətə gəlmək olar ki, Pocophone F1 şirkətin baha olmayan flaqman modeli
olacaq. Pocophone F1 Rumıniyanın PC Garage adlı online mağazasında aşkar
edilib. Məlumata əsasən sözügedən smartfon modeli 2246x1080 piksel keyfiyyətli
5.99 inç ekranla təchiz olunacaq.
Ekran üzərində isə çıxıntı hissə olacaq.
Smartfon 2.7 GHz tezlikdə çalışan Snapdragon 845 prosessoruna və maye soyuducu
sistemə sahib olacaq. Bundan əlavə olaraq Pocophone F1 6 GB RAM, 64 GB daxili
yaddaş (microSD dəstəkli), 12 MP + 5 MP ikili arxa kamera, 20 MP-lik ön kamera
və Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu
batareya ilə təchiz olunacaq. Smartfon USB Type-C və ənənəvi 3.5 mm-lik
audiogirişə də sahibdir. Smartfonun standart versiyasının qiyməti 430 avro, 128
GB daxili yaddaşa sahib versiyanın təqribi qiyməti isə 460 avro təşkil edəcək.
Xiaomi şirkəti isə Pocophone F1-in rəsmi təqdimat tarixini hələki açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ