main-post-cover

    Xiaomi Pad 6 planşetinin yaxın zamanda satışa çıxacağı təsdiqlənib

    Elm & Texnologiya
    10.04.2023
    Farid Pardashunas
        Redmi brendinin rəhbəri olan Lu Weibing rəsmi olaraq təsdiqləyib ki, Xiaomi Pad 6 planşeti yaxın zamanda satışa çıxacaq. Digital Chat Station ləqəbli məşhur insayder isə planşetin texniki özəllikləri barəsində məlumatlar verib. Xiaomi Pad 6 planşet seriyasının təqdimat tarixi rəsmi şəkildə hələ elan edilməyib. Lakin gözləntilərə əsasən Xiaomi Pad 6 planşeti Xiaomi 13 Ultra smartfonu ilə eyni tədbirdə təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Xiaomi 13 Ultra-nın təqdimatı bu ay baş tutacaq.
        İnsayder bildirib ki, şirkət planşetin iki versiyasını təqdim edəcək. Adi Xiaomi Pad 6 və Pad 6 Pro. Adi Xiaomi Pad 6 modeli Snapdragon 870, Pad 6 Pro isə Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq. Xiaomi Pad 6 Pro-nun digər bir fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, 120 və ya 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli ekranı özündə birləşdirəcək. Bununla yanaşı gözləntilərə əsasən hər iki planşet modeli barmaq izi skanı texnologiyasını, ikili arxa kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji həcmli batareyanı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər