main-post-cover

    Xiaomi öz avtopilot texnologiyasını sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    12.08.2022
    Farid Pardashunas
        Xiaomi şirkəti özünün avtomobillər üçün nəzərdə tutulmuş avtopilot sistemi barəsində ilk məlumatları təqdim edib. Qeyd etmək lazımdır ki, şirkət bu istiqamətdə işlərə 2021-ci ilin mart ayında start vermişdi. Həmin vaxtdan Xiaomi bu sahədə ciddi nailiyyətlər əldə edib və öz avtopilot sisteminin avtomobil yollarında testlərinə start verib. Məlumata əsasən hal hazırda Xiaomi-nin avtopilot texnologiyasını əhatə edən şöbəsinə 500 nəfər işçi daxildir. İlkin mərhələdə şirkət bu texnologiyanın hazırlanmasına 490 milyon dollar investisiya yatırıb. “Xiaomi-nin avtopilot texnologiyası bizim bütün gözləntilərimizi geridə qoyub” - deyə Xiaomi şirkətinin CEO-su Lei Jun qeyd edib.
        Şirkət tərəfindən təqdim edilmiş videoda Xiaomi-nin avtopilot sistemi müxtəlif ssenarilər çərçivəsində dəqiq, təhlükəsiz və intellektual sürücülük qabiliyyətini sərgiləyir. Uğurlu avtopilot sisteminin yaradılmasında həmçinin Xiaomi-nin Shendong Technology adlı startapı alması da kömək edib. Bu startapın hesabına Xiaomi texnoloji təcrübəsini və kadr potensialını genişləndirib. Şirkətin əsas məqsədlərindən biri 2024-cü ilə kimi avtonom sürücülük sahəsində olan liderlər siyahısına daxil olmaqdır. Bu məqsədə çatmaq üçün şirkət avtopilot sisteminə sahib 140 avtomobil yaratmağı planlaşdırır. Həmin avtomobillər isə bütün Çin üzrə test ediləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər