main-post-cover

    Xiaomi-nin yeni smartfonu Mi Max 2 rəsmi olaraq təqdim olunub

    Elm & Texnologiya
    26.05.2017
    Farid Pardashunas

    “Xiaomi” şirkəti rəsmi olaraq Mi Max 2 smartfonunu təqdim etdi.

    Sözügedən smartfon böyük ekrana, əla batareya həcminə və heçdə pis olmayan prosessora sahibdir. Belə ki, Xiaomi Mi Max 2, metal korpusa, 6.44 inç ekran (Gorilla Glass qoruyucu şüşəli), 8 nüvəli Qualcomm Snapdragon 626 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş, 5300 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 funksiyalı) 12 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunmuşdur. Smartfonun arxa panelində barmaq izi skanı yerləşdirilmişdir. Cihazın şarj prosesi isə USB Type-C girişi vasitəsilə həyata keçirilir. Yeni smartfonun əsas özəlliyi kimi onun böyük həcmli batareyasını göstərmək olar. Şirkətin məlumatına əsasən tam enerji ilə dolu batareya sayəsində Mi Max 2, 2 gün çalışmaq potensialına sahibdir. Həmçinin şirkət qeyd edib ki, şarj zamanı smartfon 68% enerjini 1 saat ərzində yığa bilir. Tam enerji ilə dolu vəziyyətdə isə 18 saat video izləmək və ya 57 saat danışıq rejimində smartfondan istifadə etmək olar. Xiaomi Mi Max 2, 1 İyun tarixindən Çində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiyanın qiyməti 250$, 128 GB daxili yaddaşa sahib versiyanın qiyməti isə 290$ təşkil edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər