main-post-cover

    Xiaomi'nin yeni smart saat modeli barəsində məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    10.10.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin yeni smart saat modellərinin mövcudluğu barəsində ilkin məlumatların ardınca internetdə smart saatın özəllikləri barəsində məlumatlar ortaya çıxıb. İnsayderlər şirkətin yeni smart saatının bəzi texniki özəlliklərindən əlavə olaraq onun təqdimat tarixi barəsində də məlumat veriblər. Bu barədə IThome saytı xəbər verib. Məlumata əsasən Xiaomi-nin yeni smart saat modeli Mi Watch Color adını əldə edəcək.
        Qeyd etmək lazımdır ki, Mi Watch Color ticarət nişanı hələ Mi Mix Alpha ticarət nişanı ilə birlikdə qeydiyyatdan keçmişdi. Wear OS əməliyyat sistemi vasitəsilə çalışacaq yeni smart saat Snapdragon Wear prosessoru, NFC modul, eSIM LTE modem ilə təchiz olunacaq. Smart saatın hansı sayda biometrik ötürücülərə və hansı fitnes funksiyalara sahib olacağı barəsində bir məlumat yoxdur. Məlumata əsasən yeni smart saatın təqdimatı bu ayın sonuna kimi baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər