main-post-cover

    Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    02.12.2022
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə hazırlaşır. Söhbət, kompakt ölçüyə sahib kompüterdən gedir. Bəziləri düşünürdülər ki, Xiaomi-nin ilk stolüstü kompüteri Apple şirkətinin Mac mini ölçüsündə və formasında olacaq. Lakin insayderlərin təqdim etdikləri fotolardan belə qəanətə gəlmək olar ki, o daha çox Intel-in NUC seriyasına daxil olmuş mini kompüterlərinə bənzəyəcək. Təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi-nin ilk stolüstü kompüteri adi keys dizaynında reallaşdırılacaq. Məlumatda qeyd edilib ki, Xiaomi Mini Host adını əldə edəcək kompüter Intel ARC A770 prosessoru və 100 vatt gücündə şarj bloku ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər