main-post-cover

    Xiaomi-nin ilk elektromobilinin yeni real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    01.06.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti aktiv şəkildə öz ilk elektromobili üzərində çalışmağa davam edir. Qeyd etmək lazımdır ki, elektromobilin təqdimatı artıq bu il baş tutmalıdır. Hələ bir neçə müddət bundan öncə elektromobilin render və real fotoları ortaya çıxmışdı. İndi isə elektromobilin yeni real fotoları ortaya çıxıb. Bu dəfə çinli bloggerlərdən biri elektromobilin fotolarını yaxın məsafədən çəkə bilib. Nəticədə real fotolar nisbətən keyfiyyətli alınıblar. Fotolardan da görmək olar ki, elektromobilin dizaynını gizli saxlamaq üçün şirkət onun gövdəsini qara rəngli örtük ilə əhatə edib.
        Lakin buna baxmayaraq elektromobilin dizaynının necə olacağını və hansı formaya sahib olacağını təsəvvür etmək olar. Fotolardan aydın şəkildə görmək olar ki, elektromobil idman tərzində gövdəyə sahib olacaq. Bununla yanaşı elektromobilin yuxarı hissəsində LiDAR skaneri yerləşəcək. Elektromobilin texniki özəllikləri barəsində məlumatlar hələ yoxdur. Lakin məlumdur ki, sözügedən nəqliyyat vasitəsi qış şəraitində səyahət də daxil olmaqla bir neçə testdən uğurla keçib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər