main-post-cover

    Xiaomi-nin ilk elektromobilinin yeni fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    30.01.2023
    Farid Pardashunas
        Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib. Lakin indiyənə kimi təqdim edilmiş fotolarda elektromobil xüsusi örtükdə olub və bu səbəbdən də onun xarici görünüşünü lazımi səviyyədə qiymətləndirmək mümkün olmayıb. Sonunda Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi-nin ilk elektromobilinin xarici görünüşünü lazımi şəkildə sərgiləyən fotolar ortaya çıxıb. Ortaya çıxmış fotoların keyfiyyətlərindən belə qənaətə gəlmək olar ki, onlar elektromobilə həsr edilmiş reklam videosunun baxışı zamanı smartfon vasitəsilə çəkilib. Fotolarda görmək olar ki, elektromobilin ön hissədən nömrə yerində MS11 yazılıb. Məlumata əsasən bu, elektromobilin kod adıdır və onun final adı Modena olacaq.
        Bununla yanaşı fotolarda əks olunmuş elektromobil şüşə panoram tavana və LiDAR skanerə sahibdir. Böyük ehtimal ilə LiDAR skaner elektromobilin avtopilot sistemində istifadə ediləcək. Qeyd etmək lazımdır ki, LiDAR skaner ümumi olaraq elektromobilin dizaynına axıcı şəkildə uyğunlaşdırılıb. Elektromobilin arxa şüşəsində isə kamera yerləşdirilib. Həmçinin fotolardan da görmək olar ki, elektromobil böyük ölçülü tormozlanma sistemlərinə sahib olacaq. Bununla yanaşı elektromobilin təkər disklərində Mi loqosunu görmək olar. Məlumatda qeyd edilib ki, öz elektromobili üçün nəzərdə tutulmuş mühərriki Xiaomi özü hazırlayıb. İnsayderlər dəfələrlə qeyd ediblər ki, Xiaomi öz ilk elektromobilini bu il təqdim etməyi planlaşdırır. Onun satışlarına isə gələn il start verilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər