main-post-cover

    Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

    Elm & Texnologiya
    24.01.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır. Lakin artıq internetdə şirkətin ilk elektromobilinin dizaynına işarə edən potenial məlumatlar ortaya çıxıb. Bundan əlavə olaraq Xiaomi-yə avtomobil biznesinə daxil olmaqda hansı böyük avtomobil istehsalçısının yardım edəcəyi də məlum olub. Təqdim edilmiş iki fotodan birində elektromobilin qabaq, digərində isə arxa bamperinin dizaynı əks olunub. Məlumata əsasən şirkətin ilk elektromobilinin potensial adı Modena-dır. Lakin bu, elektromobilin kod adı da ola bilər. Fotolardan belə qənaətə gəlmək olar ki, Xiaomi öz ilk elektromobili üçün idman tərzini seçib.
        İlk fotoda görmək olar ki, elektromobilin qabaq hissəsinin ortasında ətraf havanın qəbulu və onun daxili sistemlərə ötürülməsi üçün nəzərdə tutulmuş qəfəs konstruksiyası yerləşir. Qabaq bamperin kənar hissələrində isə böyük olmayan havalandırma dəlikləri yer alıblar. Faralar aqressiv oval formaya sahibdirlər. İkinci fotoda isə görmək olar ki, elektromobilin arxa bamperinin kənar hissələri də havalandırma dəliklərinə sahibdirlər. Məlumatda qeyd edilib ki, elektromobilin bəzi hissələrinin istehsalında Xiaomi-yə BAIC şirkəti köməklik edir. Son məlumatlara əsasən şirkət öz ilk elektromobilini artıq bu il təqdim edəcək. Onun satışlarına isə gələn il start vermək planlaşdırılır. Gözləntilərə əsasən elektromobilin qiyməti 40 000$-dan yüksək olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər