main-post-cover

    Xiaomi-nin 120W dəstəkləyən yeni şarj adapteri sızdırıldı

    Elm & Texnologiya
    05.07.2020
    Nijat Hamid
            Xiaomi şirkəti keçən il 100W sürətli şarj texnologiyasının demosunu təqdim etmişdi, lakin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı bir məlumat verməmişdi. İndi isə 120W gücündə sürətli şarjı dəstəkləyən adapter Çinin sertifikasiya saytında aşkarlanıb. 3C sertifikasiya saytında aşkarlanan yeni 120W-lıq adapterin smartfonları 15 dəqiqəyə tamamilə doldurması gözlənilir.

    Saytda yer alan məlumata görə yeni adapter 20V/6A enerji ötürməsini dəstəkləyir. Yəni bu da 120W deməkdir.

            Qeyd edək ki, şaiyələrə görə Xiaomi şirkəti bu il ərzində 100W dəstəkləyən sürətli şarj texnologiyasını istifadə edəcək. Gələn il isə 120W-a keçəcək. Sürətli şarj texnologiyaların inkişafının əsas səbəbi smartfonların batareya həcmlərini artırmağın çətin olduğu üçün şarj vaxtını azalmaq istəməkləridir. Təxminən 100W-lıq bir adapterin 4000 mAh tutumlu batareyanı tam doldurması 20 dəqiqədən daha az çəkəcək. Lakin burda bir risk faktoru var ki, sürətli şarj texnologiyaları batareyanın ömrünü azaldır. Sürətli şarj texnologiyasında Watt-lar artdıqca (30W, 65W, 100W və 120W) smartfon daha tez şarj olsa da batareyanın ömrü mütənasib olaraq daha sürətli azalır. Ümid edirik ki, bu problemə də bir həll yolu tapacaqlar.
    Linki kopyala