main-post-cover

    Xiaomi Mi9 Pro 5G'nin videosu ortaya çıxdı (VİDEO)

    Elm & Texnologiya
    20.09.2019
    Farid Pardashunas
        Təqdimata sayılı günlər qalmış internetdə Mi9 Pro 5G smartfon modelinin real fotoları ortaya çıxmışdı. İndi isə internetdə sözügedən smartfonun videosu ortaya çıxıb. Bu barədə Gizchina saytı xəbər verib. Videoda əks olunmuş smartfon tamamilə işlək vəziyyətdədir. Vizual tərəfdən yeni smartfon tamamilə adi Mi9-a bənzəyir. Pro versiyanın təkmilləşdirilmiş modelinin əsas fərqi isə ondan ibarətdir ki, o, Snapdragon 855 Plus prosessoru, təkmilləşdirilmiş soyutma sistemi və 5G çipi ilə təchiz olunub.
        Məlumata əsasən Mi9 Pro 5G modeli 256 GB daxili yaddaş həcmi, 48 MP-lik üçlü arxa kamera və 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun batareyası həmçinin 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını da dəstəkləyəcək. Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Xiaomi Mi9 Pro 5G 24 sentyabr tarixində Mi Mix 4 ilə birlikdə təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər