main-post-cover

    Xiaomi Mi9 Pro 5G'nin qiyməti məlum oldu

    Elm & Texnologiya
    23.09.2019
    Farid Pardashunas
        Təqdimatdan bir gün öncə Xiaomi şirkətinin yeni flaqman smartfonu olan Mi9 Pro 5G haqqında demək olar hər şey məlumdur. Lakin indiyənə kimi smartfonun qiyməti hələ də naməlum qalırdı. İndi isə bu məlumat da ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Məşhur hindistanlı insayder Mukul Sharma-nın sözlərinə əsasən 8 GB RAM və 128 GB daxili yaddaş həcminə sahib model 505$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 560$-a satılacaq.
        Son məlumat sızıntısına əsasən Mi9 Pro 5G smartfonu Snapdragon 855 Plus prosessoru və 40 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun batareyası həmçinin 30 vatt gücündə naqilsiz sürətli şarj texnologiyasını və 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını da dəstəkləyəcək. Mi9 Pro 5G sabah Mi Mix Alpha ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər