main-post-cover

    Xiaomi Mi Watch'un ardınca Redmi brendinin smart saatı barəsində məlumat verildi

    Elm & Texnologiya
    06.11.2019
    Emil Nəcəfov
        Xiaomi şirkətinin Mi Watch adlı smart saat modelini təqdim etməsindən sonra internetdə Redmi brendinin də ilk smart saat modeli barəsində məlumat ortaya çıxıb. Belə ki, Redmi brendinin rəhbəri smart saatın adını açıqlayıb. Bu barədə 4pda saytı xəbər verib. Redmi brendinin rəhbəri istifadəçilər arasında maraqlanıb ki, onlar Redmi Watch-un satışa çıxmasına hazırdırlar yoxsa yox? Qeyd etmək lazımdır ki, bu cür sualları Redmi brendinin rəhbəri daha əvvəllər də istifadəçilərə verib.
        O buu cür sualları əsasən hansısa məhsulun təqdimatından bir qədər öncə verir. Buna baxmayaraq Redmi Watch-un final dizaynı və texniki özəllikləri barəsində hələki məlumat yoxdur. Məlumata əsasən Redmi brendinin smart saat modeli Xiaomi-nin dünən təqdim etmiş olduğu smart saat modelindən daha ucuz qiymətə satılacaq. Redmi şirkətinin növbəti təqdimat tədbiri ya bu ilin sonunda ya da gələn ilin əvvəlində baş ttacaq. Həmin təqdimat tədbiri isə Redmi K30 smartfon modelinə həsr olunacaq. Heç istisna deyil ki, məhz Redmi K30 smartfon modeli ilə birlikdə Redmi brendi həm də smart saat modelini təqdim edəcək.
    Linki kopyala