main-post-cover

    Xiaomi Mi Superbass Wireless Headphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib

    Elm & Texnologiya
    15.07.2019
    Emil Nəcəfov
        Xiaomi şirkəti Mi Superbass Wireless Headphones adlı yeni naqilsiz qulaqlıq modelini təqdim edib. Təqdim edilmiş yeni naqilsiz qulaqlıq modeli digərlərindən yüksəldilimş baslar, bir dəfə şarj olunandan sonra uzun zaman çalışmaq, Bluetooth 5.0-dan istifadə və naqil ilə qoşulma cəhətdən fərqlənir. Bu barədə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib.

        Sözügedən yeni qulaqlıq modeli 40 millimetrlik dinamik drayverlərə sahibdir. Şirkətin verdiyi məlumata əsasən həmin drayverlər yüksək güclü basların verilməsinə şərait yaradır. Smartfona və ya digər səs mənbəsinə bu qulaqlıq Bluetooth 5.0 və ya 3.5 mm-lik audiogiriş vasitəsilə qoşulur. 400 mAh enerji tutumlu batareyaya sahib Mi Superbass Wireless Headphones 80% səs gücü səviyyəsində 20 saat ərzində musiqiyə qulaq asmağa imkan verir.

        Qulaqlıq micro-USB girişi vasitəsilə 100% enerjini 2 saata yığır. Qulaqlıqda səsli köməkçi dəstəyi olsa da həmin səsli köməkçinin hansı dilləri dəstəkləyəcəyi barəsində bir məlumat verilməyib. Qulaqlıq Android iOS-i dəstəkləyir. Xiaomi Mi Superbass Wireless Headphones artıq Hindistanda 26$ qiymətində satışa çıxıb. Onun başqa bazarlarda da satılıb-satılmayacağı hələki bilinmir.
    Linki kopyala