main-post-cover

    Xiaomi Mi Mix 4-ün videosu ortaya çıxdı

    Elm & Texnologiya
    10.09.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti hələ Mi Mix 4 flaqman smartfonunu təqdim etməyib. Lakin internetdə artıq onun videosu ortaya çıxıb. Ortaya çıxmış videoda smartfonun çalışma prosesi əks olunub. Bununla yanaşı həmin video vasitəsilə smartfonun dizaynını da görmək olar. Bu barədə iGeekphone saytı xəbər verib.Ortaya çıxmış videodan da görmək olar ki, smartfonun kənarları əyilmiş formadadır.
        Videoda əks olunmuş smartfonun kənar hissəsində yandırıb/söndürmə və səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələr və ya onların sensorlu analoqları yoxdurlar. Videodan belə qənaətə gəlmək olar ki, smartfon MIUI 11 interfeysi vasitəsilə çalışır. Ortaya çıxmış videoda smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat əks olunmayıb. Son məlumat sızıntılarına əsasən smartfon 2K keyfiyyətli ekran, Snapdragon 855 Plus prosessoru, 12 GB RAM və 1 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Güman olunur ki, smartfon bu ayın sonunda təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər