Xiaomi Mi Mix 4-ün ilk Geekbench test nəticələri ortaya çıxdı
Elm & Texnologiya
12.12.2019
Farid Pardashunas
Xiaomi şirkəti artıq təsdiqləyib ki, o, yeni Mi Mix smartfon modeli üzərində çalışır. Dünən şirkətin ortaya çıxmış reklam posterində Mix adı aşkar edilmişdi. İndi isə smartfonun ilk Geekbench test nəticələri ortaya çıxıb. Bu barədə Slashleaks saytı xəbər verib. Beləliklə Mi Mix 4 smartfonu Geekbench-in birnüvəli testində 728 xal, çoxnüvəli testində isə 2776 xal toplayıb.
Maraqlısı ondadır ki, Geekbench testlərindən keçmiş model Android 9 əməliyyat sistemi vasitəsilə çalışıb. Lakin şirkət smartfonu Android 10 ilə təchiz edə bilər. Geekbench test nəticələrinə əsasən demək olar ki, Mi Mix 4 smartfonu Qualcomm-un 1.78 GHz tezlikdə çalışan prosessoru ilə təchiz olunub. Çox güman ki, bu, Snapdragon 855 Plus modelidir.
Əvvəlki məlumat sızıntılarına əsasən smartfonun əsas özəlliyi ondan ibarət olacaq ki, onun ön kamerası birbaşa ekrana inteqrasiya ediləcək. Bundan əlavə olaraq smartfon 4 arxa kamera ilə təchiz olunmalıdır və onlardan biri 108 MP-lik olmalıdır. Smartfon 10 yanvar tarixində CES 2020 sərgisində təqdim olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)