main-post-cover

    Xiaomi Mi Mix 4-ün güman edilən real fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    18.10.2019
    Farid Pardashunas
        Son bir neçə ay ərzində Xiaomi Mi Mix 4 barəsində çoxlu məlumat sızıntıları olub. İlk öncə şirkət bildirmişdi ki, o ümummiyyətlə Mi Mix 4-ü satışa çıxartmayacaq. Daha sonra isə şirkət öz sözünü təkzib etdi. Lakin indi insayderlər sözügedən smartfonun real fotosunu təqdim ediblər. Beləliklə onlar bu smartfonun satışa çıxmağa hazır olduğunu sübut ediblər. Bu barədə Gizchina saytı xəbər verib.
        Təqdim olunmuş fotoya əsasən smartfon ekran ətrafı və aşağı-yuxarı hissələrdə nazik çərçivələr əldə edib. Smartfon ekranının üzərində ön kamera üçün nəzərdə tutulmuş hissə gözə dəymir. Buna baxmayaraq smartfonda ön kameranın necə reallaşdırılacağı bilinmir. Belə ki, şirkət smartfonda həm slayder formatından həm də ön kameranın smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilməsindən istifadə edə bilər.
        Mi Mix 4 Snapdragon 855 Plus prosessoru, 8 GB RAM və üçlü arxa kamera ilə təchiz oluna bilər. Smartfon 24 oktyabr tarixində təqdim oluna bilər. Həmçinin bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Mi Mix 4-ün təqdimatı gələn ilə təxirə salınıb. Xiaomi şirkətinin özü isə bu məlumata hələ heç bir fikir bildirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər