main-post-cover

    Xiaomi Mi Mix 4 reklam posterində görüldü

    Elm & Texnologiya
    11.12.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti satışa çıxmağa hazırlaşan məhsullarının tizerlərini təqdim etməyə başlayıb. Xiaomi şirkətinin ortaya çıxmış yeni posterində hansısa smartfon modeli əks olunub. Lakin diqqətli istifadəçilər həmin posterdə təqdimat tədbirinin nə zaman keçiriləcəyini və təqdimat zamanı hansı smartfon modelinin təqdim olunacağını öyrənə biliblər.
        Beləliklə posterə əsasən Xiaomi şirkəti yeni məhsulu 10 yanvar tarixində CES 2020 sərgisində təqdim edəcək. Hələ bir neçə müddət bundan öncə insayderlər məlumat vermişdilər ki, şirkət Mi Mix 4-ün təqdimatına hazırlaşır. Lakin bunun əsas sübutu indi ortaya çıxıb. Ortaya çıxmış posterdə Mix sözünü adi gözlə görmək çox çətindir. Lakin qrafik redaktorun istifadəsi sayəsində həmin yazını görmək olar.
        Qeyd etmək lazımdır ki, daha öncədən Mi Mix 4-ün bir sıra fotoları ortaya çıxmışdı. Gözləntilərə əsasən smartfon ekrana inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq. Belə ki, posterdəki fotodan da görmək olar ki, smartfonun ön panelində heç bir çıxıntı hissə yoxdur. Bundan əlavə olaraq yeni Mi Mix modelində ön kameranın smartfon gövdəsinin yuxarı hissəsinin daxilində yerləşdirilməsi də planlaşdırılmır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər