main-post-cover

    Xiaomi Mi Mix 4 haqqında ilk məlumatlar verildi

    04.07.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin yaradıcısı və CEO-su olan Lei Jun istifadəçilər ilə söhbət çərçivəsində bildirmişdi ki, onlar Mi Mix 4 smartfon modelinin təqdimatını gözləməlidirlər. İndi isə sözügedən smartfon barəsində ilkin məlumatlar verilib. Məlumatları isə Xiaomi şirkətinin məhsullar üzrə direktoru Wang Teng verib. Bu barədə 4pda saytı xəbər verib. Onun sözlərinə əsasən Mi Mix 4 smartfonu bazarda olacaq ən təkmilləşdirilmiş kamera modullarındna birini əldə edəcək
        Həmin kamera modulu hətta Samsung şirkətinin hazırladığı 64 MP-lik ISOCELL Bright GW1 modulundan da yaxşı olacaq. İnsayderlərdən biri əmindir ki, söhbət, hələki təqdim edilməmiş 64 MP-lik Sony kamera modulundan gedir. Son məlumat sızıntılarına əsasən Mi Mix 4 modeli Mi Mix 3 kimi slayder formatında hazırlanmayacaq. Bununla yanaşı smartfonun Snapdragon 855 prosessoru, 16 GB RAM və 100 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasına sahib batareya ilə təchiz olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər