Xiaomi Mi Mix 4, 120 Hz-lik qıvrımlı ekrana malik ola bilər
Elm & Texnologiya
13.05.2020
Nijat Hamid
Xiaomi şirkətinin flaqman modellərindən olan Mi Mix 4 artıq uzun zamandır ki, çıxması gözlənilir. Bu gün isə Çinin sosial şəbəkəsi Weibo-da paylaşılan məlumatlara görə Xiaomi Mi Mix 4 smartfonu üzərində işləyir və bu smartfon 120 Hz yeniləmə tezliyinə malik qıvrımlı ekrana malik olacaq. Xiaomi həmçinin Apollo və Verthandi kod adlı 2 cihaz üzərində işləyir.
Digital Chat Station tərəfindən paylaşılan məlumata görə Xiaomi 2 smartfon modeli üzərində işləyir və hər ikisi 120 Hz-lik Amoled ekranlara malik olacaq.
Xiaomi CEO’su Lei Jun, Mi 10 Youth Edition təqdimatında şirkətin yeni flaqman model üzərində işlədiyini vurğulamıştı. Sızıntılara görə isə bu model Mi Mix 4 modelidir. Bundan əlavə Weibo üzərində Mi Mix smartfonlarına aid yeni rəsmi səhifə yaradılmışdı. Weibo üzərindən sızdırılan bütün bu məlumatların doğru olub olmadığı bəlli deyil. Hal-hazırda bütün gözlər Xiaomi-yə çevrilib. Rəsmi açıqlamalar verilən kimi Technote olaraq sizləri bu barədə məlumatlandıracağıq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)