main-post-cover

    Xiaomi Mi Mix 3 üçün möhtəşəm konsept dizayn

    Elm & Texnologiya
    31.03.2018
    Nijat Hamid
    Xiaomi bildiyimiz kimi Mi Mix adı altında incə çərçivələrə malik modellər istehsal edir. Mi Mix 2S modelini bu yaxınlarda təqdim edən şirkətin bir sonrakı Mix 3 cihazı üçün konsept dizayn videosu hazırlandı. Nəzərə alsaq ki, konsept dizaynlar tətbiq etmək üçün çox çətin olur, ona görə telefonun videodakı kimi olmasa da, o dizayna bənzər şəkildə olacağı düşünülür. İlk Mi Mix modeli ilə çərçivəsiz ekran ilə bizi tanış edən şirkətin sonrakı Mix 2 modeli çox da uğur qazana bilmədi.
    Tech Configurations bu il sonu çıxması planlanan tamamilə çərçivəsiz və çərtiksiz ekranı olan Mi Mix 3 modeli üçün möhtəşəm bir konsept dizayn hazırladı.
    Hazırlanan konsept dizayna əsasən görünür ki, telefon 4 tərəfdən incə çərçivələr olacaq və iPhone X tərzində bir çərtik istifadə edilməyəcək. Ekran-gövdə nisbətinə baxdıqda isə 98% kimi rekord bir dəyər görünür ki, hələ 90%-ə çatan bir ekran-gövdə nisbəti hələki yoxdu.
    Gördüyümüz kimi telefonun ön kamerası telefonun üstündəki metal çərçivə tipli yerə inteqrasiya edilib. Barmaq izi sensoru isə gözlənilən kimi ekranın altında və ekrana inteqrasiya edilmiş şəkildə görünür. Cihaz bu ilin sonu çıxacağı üçün Snapdragon 8454/6 Gb Ram, ayrıca 128/256/512 Gb yaddaşa malik modellər ilə satışa çıxacaq. Bu ilin trendi olan dual kamera ( 2 kamera) texnologiyası ilə gəlməsi planlanan model Xiaomi şirkətini bir neçə adım daha qabağa atacağı düşünülür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər