Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib
Elm & Texnologiya
30.06.2022
Emil Nəcəfov
Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib. Bununla yanaşı şirkət sözügedən smart qolbağın dizaynını da sərgiləyib. Təqdim edilmiş dizayndan da görmək olar ki, Mi Band 7 Pro xarici görünüşcə ənənəvi Mi Band modellərindən fərqlənəcək. Xarici görünüşcə Mi Band 7 Pro smart qolbağı bir qədər Redmi Band Pro-ya bənzəyir və smart qolbaq əvəzinə daha çox smart saatı xatırladır. Yeni smart qolbağn texniki özəllikləri barəsində məlumat verilməyib. Sadəcə olaraq güman etmək olar ki, əvvəlki Mi Band modelləri ilə müqayisədə Mi Band 7 Pro daha böyük ölçülü ekranı özündə birləşdirəcək. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən smart qolbağın Pro versiyası daha geniş imkanlara sahib olacaq. Onların arasında hətta GPS modul da ola bilər. Xiaomi Mi Band 7 Pro qolbağının təqdimatı 4 iyul tarixində Xiaomi 12S smartfon seriyası ilə bir yerdə baş tutacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!