main-post-cover

    Xiaomi Mi Band 7 Pro smart qolbağı təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    05.07.2022
    Farid Pardashunas
        Xiaomi tərəfindən keçirilmiş təqdimat tədbiri çərçivəsində Xiaomi 12S smartfon seriyasından əlavə olaraq Mi Band 7 Pro smart qolbağının da təqdimatı baş tutub. Təqdim edilmiş yeni Mi Band 7 Pro smart qolbağı Mi Band seriyasının mövcud olduğu tarix ərzində ilk dəfə ciddi dizayn dəyişikliyini və çoxdan gözlənilən funksiyanı əldə edib. Beləliklə Mi Band 7 Pro 280x456 piksel keyfiyyətli 1.64 düym AMOLED ekran ilə təchiz olunub. Şirkət ənənəvi Mi Band ekran dizaynından imtina edib və buna görə də Mi Band 7 Pro xarici görünüşcə smart qolbağı deyil, smart saatı xatırladır.
        Smart qolbaq üçün 180 ədəd unikal ana ekran dizaynı mövcuddur. Bundan əlavə olaraq smart qolbağın ekranı Always on Display funksiyasını da dəstəkləyir. Bunun sayəsində istifadəçi daimi şəkildə ekranda zamanı və digər faydalı məlumatları görə biləcək. Mi Band seriyasının tarixi ərzində ilk dəfə olaraq Mi Band 7 Pro GPS modul əldə edib. Onun sayəsində smart qolbaq smartfona ehtiyac duymadan istifadəçinin qətt etdiyi marşrutu yaza bilər. Mi Band 7 Pro GLONASS, Galileo, Beidou və GPS kimi naviqasiya sistemlərini dəstəkləyir.
        Bundan əlavə olaraq smart qolbaq qanda oksigen miqdarını və ürək döyüntülərinin tezliklərini ölçə bilən sensorlar ilə təchiz olunub və istifadəçinin müxtəlif yuxu fazalarının monitorinqini reallaşdıra bilir. Smart qolbaqda 117 idman rejiminin dəstəyi mövcuddur. Mi Band 7 Pro özündə 235 mAh enerji tutumlu batareyanı birləşdirir. Bir dəfə şarj olunandan sonra smart qolbaq adi rejimdə 12 gün ərzində, intensiv rejimdə isə 6 gün ərzində çalışa bilir. Bununla yanaşı smart qolbağa kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip inteqrasiya edilib və cihazın gövdəsi 5 atmosfer təzyiqli dərinliyə kimi suya daxil edilə bilər. Mi Band 7 Pro 60$ qiymətində satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər