main-post-cover

    Xiaomi Mi Band 6-da vasitəsilə messencerlərdəki mesajlara cavab vermək funksiyası reallaşdırılacaq

    Elm & Texnologiya
    25.02.2021
    Farid Pardashunas
        Xiaomi şirkəti Mi Band 6 smart qolbağına hamının çoxdan gözlədiyi funksiyanı daxil etməyi planlaşdırır. Söhbət, smart qolbaq vasitəsilə mesajlara cavab vermək funksiyasından gedir. Bu barədə məlumatı Magical Unicorn ləqəbli tərtibatçı Mi Fit tətbiqində aşkar edib. Təbii ki, Mi Band 6 vasitəsilə gəlmiş mesaja mətn formatında cavab verməkdən söhbət getmir. Bunun yerinə smart qolbaq daxil olmuş mesajın mətnini analiz edəcək və istifadəçiyə öncədən hazırlanmış cavabları təqdim edəcək.
        Maraqlısı ondadır ki, bu funksiya adi SMS ilə yanaşı Whatsapp, Telegram Viber kimi məşhur messencerləri də dəstəkləməlidir. Əvvəlki məlumat sızıntılarına əsasən Mi Band 6 iki versiyada təqdim olunacaq. Onlardan biri NFC moduluna sahib olacaq, digəri isə NFC modulsuz satılacaq. Smart qolbağın bir qədər böyüdülmüş AMOLED ekran, GPS modul və Amazon Alexa səsli köməkçisinin dəstəyini ədlə edəcəyi gözlənilir. Mi Band 6-nın dəqiq təqdimat tarixi barəsində məlumat yoxdur. Lakin o artıq bir sıra sertifikatlaşdırmadan keçib. Bu isə o deməkdir ki, smart qolbağın tədqimatı yaxın zamanda baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər