main-post-cover

    Xiaomi Mi Band 5 qolbağının rəsmi təqdimat tarixi elan edildi

    Elm & Texnologiya
    01.06.2020
    Farid Pardashunas
        Çinin WeChat sosial şəbəkəsindəki Xiaomi Mall adlı ictimai səhifəsində Xiaomi Mi Band 5 fitnes qolbağının təqdimat tarixi elan edilib. Beləliklə Xiaomi Mi Band 5 qolbağı 11 iyun tarixində təqdim olunacaq. Bu barədə Gizchina saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Mi Band 4 qolbağı da keçən il 11 iyun tarixində təqdim olunmuşdu. Beləliklə fitnes qolbağın beşinci nəsli dördüncü nəslin təqdimatından tam 1 il sonra təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən Xiaomi Mi Band 5 qolbağı 1.2 düym ekran, qandakı oksigen səviyyəsini ölçən ötürücü, Amazon Alexa səsli köməkçisi və NFC modul ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər