main-post-cover

    Xiaomi Mi 9 Pro 5G modeli digər smartfonlardan daha tez şarj olunacaq

    Elm & Texnologiya
    18.09.2019
    Emil Nəcəfov
        Xiaomi Mi 9 Pro 5G smartfon modeli barəsində yeni məlumat verilib. Belə ki, Xiaomi şirkətinin yaradıcısı və CEO-su olan Lei Jun-un sözlərinə görə yeni smartfon çox sürətli şəkildə şarj olunacaq. Hətta bəzi məqamlarda o, digər rəqib smartfonlardan da sürətli şarj olunacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Şirkət rəhbərinin sözlərinə əsasən Mi 9 Pro 5G modeli 40 vatt gücündə olan şarj naqili vasitəsilə 100% enerjini 48 dəqiqəyə yığa biləcək.
        Lakin məlum deyil ki, smartfon komplektində bu cür şarj naqili olacaq yoxsa yox. Bununla yanaşı smartfon 30 vatt gücündə olan naqilsiz sürətli şarj texnologiyasının dəstəyini də əldə edəcək. Bu, hal hazırda dünyada olan ən sürətli naqilsiz şarj texnologiyasıdır. Naqilsiz şarj texnologiyası vasitəsilə isə Mi 9 Pro 5G modeli 100% enerjini 69 dəqiqəyə yığacaq. Bu cür göstərici isə digər smartfonların naqil vasitəsilə şarj göstəricilərindən daha yüksəkdir.
        Yeni smartfon modeli həmçinin 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını da dəstəkləyəcək. Bunun sayəsində smartfon vasitəsilə digər cihazları da şarj etmək mümkün olacaq. Məsələn naqilsiz qulaqlıqları və ya digər smartfonları. Sadəcə olaraq həmin cihazları smartfonun üzərinə qoymaq kifayət edəcək. Xiaomi Mi 9 Pro 5G modeli 24 sentyabr tarixində Mi Mix 4 modeli ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala