main-post-cover

    Xiaomi Mi 8 gəlir: Şirkət fərqli addımlar atır

    Elm & Texnologiya
    19.05.2018
    Nijat Hamid
    Dəqiq olan və ən son sızan məlumatlara görə Xiaomi Mi 7 modeli yerinə Xiaomi Mi 8 modeli tanıdılacaq. Xiaomi şirkəti Apple kimi bir addım ataraq, qurulmasının 8-ci ilinə xüsusi olaraq ən yeni flaqman modelini Mi 8 olaraq adlandıracaq. Həm qiyməti, həm də performansı ilə digər flaqman modellərindən fərqlənəcək telefonla bağlı bir neçə şəkil də internetə düşdü.
    • Məlumatları sızdıran mənbənin dediklərinə görə ekrana inteqrasiya edilən barmaq izi Xiaomi Mi 8 modelində OLACAQ.
    • 3D Üz Oxuma texnologiyası ilə gələn telefonun bu funksiyası iPhone X-da olan FaceİD-dən daha yaxşı olduğu deyilir.
    • 6 inch böyüklüyündə ekran, Snapdragon 845 və 6 Gb Ram-a malik olacaq.
    • Müasir barmaq izi sensorlarına nəzərən ekrandakı barmaq izi sensoru 1-2 saniyə arasında gec işləyir.
    • Telefonun 64 Gb, 128 Gb və 256 Gb yaddaşlı versiyaları olacaq.
    • Xiaomi Mi 8 modeli 31 May tarixində Mi Band 3 saatı ilə birliktə konfrans zamanı tanıdılacaq.    

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər