main-post-cover

    Xiaomi Mi 10-nun yeni real fotosu və qiymət göstəricisi ortaya çıxdı

    Elm & Texnologiya
    06.02.2020
    Emil Nəcəfov
        Xiaomishka ləqəbli məşhur insayder Xiaomi Mi 10 smartfon modelinin yeni real fotosunu və qiymət göstəricilərini təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Təqdim edilmiş fotoda smartfonun ön paneli əks olunub. Beləliklə həmin fotodan da görmək olar ki, smartfonun ekran kənarları bir qədər əyilmiş formada olacaq. Bundan əlavə olaraq smartfonun kənarlarında fiziki düymələr olmayacaq.
        Fotonun parlaqlığını bir qədər artırandan sonra görmək olar ki, ekranın yuxarı və aşağı hissələrində çərçivələr var. Bundan əlavə olraq insayder qeyd edib ki, o həmçinin smartfonların yenilənmiş satış qiymətlərini də əldə edib. Beləliklə onun verdiyi məlumata əsasən smartfonun qiyməti 502$-dan başlayacaq. Gözləntilərə əsasən Xiaomi Mi 10-nun təqdimatı gələn həftə baş tutacaq.
    Linki kopyala