main-post-cover

    Xiaomi Mi 10 Lite 5G smartfonu təqdim olundu - QİYMƏTİ

    Elm & Texnologiya
    27.03.2020
    Farid Pardashunas
        Mi 10 smartfon seriyasının qlobal təqdimatı zamanı Xiaomi şirkəti heç gözlənilmədən Mi 10 Lite 5G smartfon modelini təqdim etdi. Mi 10 Lite 5G modeli Mi 10 və Mi 10 Pro-dan həm xarici görünüşcə həm də texniki özəlliklər üzrə fərqlənir. Maraqlısı ondadır ki, şirkət təqdimat zamanı Mi 10 Lite smartfonunun əsas rəqibləri kimi iPhone 11Galaxy S20 modellərini adlandırıb. Təqdimat çərçivəsində bu smartfonun ən əsas özəllikləri barəsində məlumat verilib. Beləliklə Mi 10 Lite modeli 6.7 düym AMOLED ekrana sahibdir.
        Barmaq izi skanı texnologiyası birbaşa smartfon erkanına inteqrasiya edilib. Ekranın üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Adi Mi 10-dan fərqli olaraq Mi 10 Lite modelinin ekranı yastıdır və kənarları əyilmiş formada deyil. Digər texniki özəlliklərə gəldikdə isə smartfon 8 nüvəli və 5G dəstəkli Snapdragon 765G prosessoru, 64/128 GB RAM və 20 vatt gücündə sürətli şarj texnologiyalı 4160 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Təqdimat zamanı smartfonun hansı RAM göstəricisinə sahib olacağı qeyd edilməyib.
        Smartfon həmçinin dördlü arxa kamera ilə təchiz olunub. Lakin şirkət təqdimat çərçivəsində dörd kameradan yalnız birinin göstəricisini söyləyib. Beləliklə arxa kameralardan biri 40 MP-likdir. Ön kamera isə 16 MP-dir. Beləliklə Mi 10 Lite 5G smartfonu may ayında satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib model 349 avroya, 128 GB daxili yaddaşa sahib model isə 399 avroya satılacaq. Mi 10 və Mi 10 Pro modellərinin qlobal versiyalarına gəldikdə isə onların satışlarına aprel ayında start verilməlidir. Mi 10-nun qiyməti 799 avrodan, Mi 10 Pro-nun qiyməti isə 999 avrodan başlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər