main-post-cover

    Xiaomi Mi 10 flaqman smartfon modelinin fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    17.01.2020
    Farid Pardashunas
        Xiaomishka ləqəbli məşhur insayder Xiaomi Mi 10 flaqman smartfon modelinin real və render fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə fotodan da görmək olar ki, bir çox digər smartfonlarda olduğu kimi Mi 10 modelinin ekranının yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşdirilib. Həmçinin fotolarda əks olunmuş smartfon aşağı hissədən bir qədər qalın çərçivəyə və kənarları əyilmiş dizayna sahibdir.
        Smartfonun arxa panelinin necə olacağı barəsində hələ məlumat yoxdur. Qeyd etmək lazımdır ki, adi Mi 10 modeli Mi 10 Pro ilə birlikdə fevral ayında təqdim olunmalıdır. Son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 865 prosessoru, biri 64 MP olmaqla dördlü arxa kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon həmçinin 30 vatt gücündə naqilsiz sürətli şarj texnologiyasını və 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər