main-post-cover

    Xiaomi, MIUI 12 üçün ilk beta versiyanın tarixini bəyan etdi

    Elm & Texnologiya
    18.03.2020
    Nijat Hamid
            Hal-hazırda dəstəklənən bütün cihazlara MIUI 11 yenilənməsini verən Xiaomi artıq MIUI 12 üzərində işlərə başlayıb. Xiaomi-nin rəsmi forumunda Android 11 MIUI 12 adı altında açılan postda bəzi məlumatlar istifadəçilərə verildi. Şirkət ilk növbədə stabil Android 11 ilə birliktə MIUI 12 yenilənməsinin verilməsini planlaşdırır.

    MIUI 12 yenilənməsinin ilk closed beta (sadəcə Çin üçün) testləri Sentyabr ayında başlayacaq.

            Həmçinin Google-ın Android 11 təqvimi də açılan postda dəqiqləşdi. Beləki ilkin tərtibatçı versiyaları yayımlanan Android 11, 2020-ci ilin 3-cü rübündə stabil olaraq şirkətlərə və Pixel istifadəçilərinə təqdim ediləcək. MIUI 12 interfeysi də Android 11 ilə birliktə Xiaomi smartfonlarına veriləcək. MIUI 12 ilə əsas gələcək yeniliklər bunlardır: Sistem əsaslı Dark Mode, 16:9 ekran dəstəyi, çox saylı klon tətbiq dəstəyi, ciddi GUI yenilikləri olacaq. 
            Lakin verilən məlumatlara əsasən stabil MIUI 12-nin təqdimatı biraz gec ola bilər. Beləki, adətən Oktyabr aylarında stabil yenilənmə verildiyi halda bu səfər Dekabr ayında verilə bilər. Oktyabrda isə cihazlar üçün hər kəsə açıq betalar yayımlanacaq. 
    Android 11 təqvimi:
    MIUI 12 ilə bağlı açılan post:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər