main-post-cover

    Xiaomi il ərzində 10 milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır

    Elm & Texnologiya
    25.11.2022
    Farid Pardashunas
        Xiaomi-nin CEO-su Lei Jun şirkətin avtomobil biznesinə böyük ümidlər bağlayır. O, Xiaomi-nin avtomobil biznesinə daxil olacağını elan edən zaman qeyd etmişdi ki, bu onun şirkət daxilində sonuncu böyük layihəsidir. Bir neçə müddət bundan öncə isə Lei Jun bildirdi ki, şirkət il ərzində 10 milyon ədəd avtomobil istehsal etməyi planlaşdırır. “Elektromobillər bazarı lazımi səviyyəyə çatandan sonra dünyanın aparıcı 5 brendi bu bazarın ümumilikdə 80%-nə sahib olacaq. Bu sahədə bizim üçün uğur qazanmağın yeganə yolu həmin 5 brendin sırasına daxil plmaq və il ərzində 10 milyon ədəd avtomobil istehsal etməkdir” - deyə Lei Jun qeyd edib. Hal hazırda Xiaomi-nin bu sahə üzrə komandasına 1800 nəfər işçi daxildir. Məlumatda qeyd edilib ki, bu ilin ilk 3 rübü ərzində Xiaomi avtomobil istehsalı sahəsinə 260 milyon dollar investisiya yatırıb. Bununla yanaşı Xiaomi təmsilçisinin vermiş olduğu məlumata əsasən şirkət qrafik üzrə hərəkət edir və öz ilk elektromobillərini 2024-cü ildə istehsal etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər