main-post-cover

    Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətirib

    Elm & Texnologiya
    24.02.2021
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti fərdi elektromobil istehsalını planlaşdırır. İnsayderlərin digər məlumatlarından fərqli olaraq şirkət bu məlumata rəsmi açıqlama verib. Şirkətin bəyanatı Honkonq fond birjasının saytında dərc edilib. Şirkət rəsmi şəkildə qeyd edib ki, onun elektromobil istehsal etmək istəməsi məlumatları şişirdilib və Xiaomi hal hazırda bu cür layihə üzərində çalışmır.
        Buna baxmayaraq şirkət gələcəkdə belə bizneslə məşğul olmaq istədiyini də inkar etməyib. Xiaomi-nin elektromobil istehsalı planları barəsində ilk məlumatların hələ 2014-cü ildə ortaya çıxmasına baxmayaraq şirkət elektromobil bazarını və bu sahədə olan tendensiyaları analiz edəndən sonra bu cür məhsulun təqdim edilməsi üçün daha uyğun zamanın gəlməsini gözləmək qərarını verib. Qeyd etmək lazımdır ki, şirkətin məhsulları arasında bir sıra nəqliyyat növü mövcuddur. Söhbət, velosipedlərdən və elektrikli samokatlardan gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər