main-post-cover

    Xiaomi dünyanın ən innovativ 50 şirkəti siyahısına daxil olub

    Elm & Texnologiya
    28.06.2020
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin 10 yaşı tamam oldu. Bütün bu illər ərzində şirkət bir çox çətinliklər ilə qarşılaşmışdı. Lakin öz əzmkarlığı və müəyyən prinsiplərə uyması sayəsində şirkət həmin çətinliklərdən keçə bilib. Bütün bunlar Xiaomi şirkətinin dünyanın ən innovatov 50 şirkəti siyahısına daxil olmağa yardımçı olub. Boston Consulting Group şirkətinin son hesabatına əsasən Xiaomi dünyanın ən innovativ şirkətləri arasında 24-cü yeri tutub. Şirkət Intel, Dell, Philips, Oracle, Siemens və digər böyük şirkətlər ilə eyni siyahıda yer tutub. Xiaomi yaxın 5 ildə təkcə texnologiyalara 7 milyard dollar investisiya yatırmağı planlaşdırır. İlk növbədə söhbət, 5G IoT sahələrindən gedir. Qeyd etmək lazımdır ki, Xiaomi Çin şirkətləri arasında yeganə şirkətdir ki, pandemiya dövründə satışlarını yüksəldə bilib.
    Linki kopyala