main-post-cover

    Xiaomi'dən yeni əjdaha cihaz: Mi Gaming Laptop

    Elm & Texnologiya
    27.03.2018
    Nijat Hamid
    Ölkəmizdə də bir xeyli məhşur olan çinli şirkət Xiaomi bildiyimiz kimi mobil bazarda sürətlə yüksəlir. Görünən odur ki, şirkət təkcə mobil bazarda yox, kompüter bazarında da addımlar atmaq istəyir. Xiaomi kompüter bazarına girmək üçün ilk addımını atdı və "Əjdaha" kimi texniki parametrləri olan Mi Gaming Laptop modelini tanıtdı.
    Nvidia GTX 1060Ti model videokart və 7-ci nəsil İntel prosessorlar ilə təmin edilən oyun notbuku Mi Gaming Laptop 13 Apreldə satışa çıxacaq.    
    Mi Mix 2S modelinin konfransında tanıdılan Mi Gaming Laptop 6 GB-ə qədər artdırıla bilən Nvidia GTX 1060Ti model videokart və 7-ci nəsil İntel Core i5/i7 prosessorlar ilə satışa çıxacaq. İsinmələr nəzərə alındıqda, şirkət notbukun içini soyutma boruları ilə təmin edib. Ayrıca 12 V-luq soyutma fanına malik olan notbuk bir xeyli sərin qalacaqdır. 81%-lik çərçivə incəliyinə malik olan ekranı ilə notbuk estetik cəhətdən əla görünür. Ayrıca Mi notbukda 4K ekran dəstəyi üçün HDMI 2.0 və yeni nəsil USB-lər üçün Type-C dəstəyi mövcuddur.
    Mi Gaming Laptop: Tam texniki parametrlər    
    • 15,6 inç (1920 x 1080 piksel) 300 nit dəyərində ekran parlaqlığı.
    • 7. nəsil Intel Core i5-7300HQ (2.5GHz) / i7-7700HQ prosessorlar (4GHz).
    • 4 GB DDR5 Nvidia GeForce GTX 1050 Ti / 6 GB DDR5 NVIDIA GeForce GTX 1060 videokart.
    • 8 GB və ya 16GB DDR4 2400 MHz Ram. 
    • 256 GB və ya 128 GB SSD + 1 TB HDD Yaddaş.
    • Windows 10.
    • 1 MP HD web kamera, digital mikrofon
    • 16 milyon rəng dəstəyi ilə arxası işıqlı klaviyatura.
    • Bluetooth 4.1 dəstəyi.
    • Ağırlığı: 2.7 kg.
    • 1 x HDMI, 4 x USB 3.0, 1 x USB Tip-C, 1 x Ethernet girişi, 3'ü 1 yerdə (SD / SDHC / SDXC) kart oxuyucu.
    • 3.5mm səs girişi, 2 ədəd 3 Watt gücündə kalonkalar, Yüksək Bass Dəstəkli Qulaqlıq Gücləndiricisi, Dolby Panorama, Sony Hi-res səs dəstəyi.
    • 55 Wh bateraya.
    • Space Grey ( Kosmos Bozu) rəng seçimi    
    Qiymətlər.
    • Intel Core i5, 8 GB Ram GTX Ti 1050 Videokart, 128 GB SSD + 1 TB HDD: 955 $ 
    • Intel Core i5, 8 GB Ram, GTX Ti 1060 Videokart, 128 GB SSD + 1 TB HDD: 1115 $ 
    • Intel Core i7, 8 GB Ram, GTX Ti 1060 Videokart,128 GB SSD + 1 TB HDD: 1274 $ 
    • Intel Core i7, 16 GB Ram, GTX Ti 1060 Videokart, 256 GB SSD + 1 TB HDD: 1433 $     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər