Xiaomi'dən Mi Watch adlı smart saat modeli - QİYMƏTİ

Xiaomi'dən Mi Watch adlı smart saat modeli - QİYMƏTİ

Texnologiya
05.11.2019 PAYLAŞIM

    Bugünki təqdimat zamanı Xiaomi şirkəti CC9 Pro smartfon modelindən əlavə olaraq WearOS əməliyyat sistemi vasitəsilə çalışan Mi Watch smart saat modelini də təqdim etdi. Öz rəqiblərində olan baza funksiyalardan əlavə olaraq Mi Watch smart saatı bir dəfə şarj olunandan sonra uzun müddət çalışmağı, təkmilləşdirilmiş multimedia funksionallığı və kontaktsız ödənişlər üçün NFC modulun mövcudluğu ilə diqqəti cəlb edir. Beləliklə Mi Watch modeli 1.78 düym AMOLED ekrana sahibdir və ekran üzərindəki piksellərin sıxlıqları 326 ppi təşkil edir. Ekranın özü isə cızıqlardan qorunmaq üçün göy yaqutdan hazırlanmış xüsusi örtük ilə örtülüb.


    Saatın gövdəsi alüminium materialdan hazırlanıb və gövdənin sağ hissəsində interfeys üzrə idarəetmə üçün nəzərdə tutulmuş dairəvi düymə yerləşdirilib. Həmin hissədə həmçinin mikrofon və düzbucaqlı formasında olan çoxfunksionallı düymə var. Smart saatın sol hissəsində isə səsgücləndiricilər və ikinci mikrofon yerləşirlər. Cihazın arxa panelinə şarj cihazı üçün nəzərdə tutulmuş cərəyan kontaktları və ürək döyüntülərinin təyin edilməsi üçün ötürücülər inteqrasya edilib. Xiaomi Mi Watch 4 nüvəli Snapdragon 3100 4G prossessoru, Adreno 304 qrafik çipi və 570 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra bu smart saat aktiv istifadə zamanı 36 saat, gözləmə rejimi zamanı isə 2 gün çalışa bilir.

    Smart saatda olan NFC modul Çində Alipay ödəniş servisini dəstəkləyir. Smart saatın naqilsiz interfeyslər siyahsına həmçinin Bluetooth 4.2, Wi-Fi 802.11n və GPS daxildirlər. Fitnes funksiyalar isə özlərində ürək döyüntülərinin ritm təyinini, qanda oksigen miqdarının təyinini və yuxunun aktivliyi ilə keyfiyyətinin monitorinqini birləşdirirlər. Bu il təqdim edilmiş Mi Band 4 smart qolbağı kimi Mi Watch da Android iOS cihazlarla çalışa bilir. Smart saatda olan MIUI for Watch adlı istifadəçi interfeysi vasitəsilə istifadəçi uzaqdan hava təmizliyicilərini. smart işıqlandırma sistemlərini və digər IoT cihazları idarə edə bilər.

    Bununla yanaşı Mi Watch XiaoAI adlı səsli köməkçini dəstəkləyir və smartfondan asılı olmayaraq öz yaddaşında musiqiləri saxlaya və onları işə sala bilər. Bu üsul ilə istifadəçi smartfonu evdə qoyaraq idman zalına və ya qaçışa təkcə smart saat ilə gedərək rahat şəkildə musiqi dinləyə bilər. WearOS platforması özündə online mağazanı da birləşdirir. Mi Watch-da eSIM kartından istifadə olunur. Onun vasitəsilə istifadəçi zəng edə, zəngləri qəbul edə və ya internetə daxil ola bilər. Mi Watch-un Çindəki qiyməti 185$ təşkil edir. Smart saat 11 noyabr tarixində satışa çıxacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dünyanın ilk 8K keyfiyyətli holoqrafik 3D ekranı təqdim olunub (VİDEO)

4K keyfiyyətli ekranlar hələ təzə-təzə məşhurlaşmağa başlayırlar. Lakin istehsalçılar artıq 4K-dan d..


Büdcəli OnePlus smartfonunun hazırlandığı rəsmi şəkildə təsdiqləndi

Uzun müddət ərzində internetdə məlumat gəzirdi ki, OnePlus şirkəti büdcəli smartfon seriyası üzərind..


Windows 10-un təhlükəsizlik sistemi təkmilləşəcək: Nə kimi yenilik gözlənilir?..

Windows istifadəçiləri təhlükələrdən qorunmaq üçün çox zaman müxtəlif antiviruslardan istifadə edirl..


Redmi 10X və Redmi 10X Pro smartfonları təqdim olunub - QİYMƏTİ

Redmi brendi Redmi 10X və Redmi 10X Pro smartfon modellərini təqdim edib. Bu smartfonlar Redmi brend..


Daha geniş funksionallıq: Xiaomi Mi Band 5 fitnes qolbağı hansı özəlliklərə sahi..

Xiaomi-nin Mi Band 5 fitnes qolbağı barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu is..


Büdcəli Galaxy Fold-un sxematik fotosu təqdim oundu: Adi Galaxy Fold-dan necə fə..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkəti qatlana bilən Galaxy Fold smartf..

×