Xiaomi də avtomobil istehsalı ilə məşğul olmağı planlaşdırır

Xiaomi də avtomobil istehsalı ilə məşğul olmağı planlaşdırır

Texnologiya
22.02.2021 PAYLAŞIM

    Avtomobil sahəsini ciddi dəyişikliklər gözləyir. Belə ki, son zamanlarda böyük texnoloji şirkətlər bu sahəyə çox diqqət ayırırlar. Məlumat ortaya çıxıb ki, Apple ilə yanaşı fərdi avtomobil istehsalı ilə həmçinin Xiaomi şirkəti də məşğul olmaq istəyir. Bu barədə Gizmochina saytı xəbər verib. Məlumata əsasən Xiaomi şirkəti fərdi avtomobil istehsalını nəzərdən keçirdir və bunu yeni strateji qərar kimi görür. Şirkətin daxili planları ilə yaxından əlaqəsi olan mənbələr qeyd ediblər ki, sözügedən layihəyə şirkətin təsisçisi və direktoru olan Lei Jun özü rəhbərlik edəcək.

    Xiaomi şirkətinin avtomobili barəsində hələki heç bir konkret məlumat yoxdur. Layihənin hansı mərhələdə olduğu və ümumiyyətlə onun üzərində işlərin gedib-getmədiyi də məlum deyil. Mənbələr qeyd ediblər ki, hələ heç bir yekun qərar verilməyib və bu məsələdə olan planların dəyişilməsinə səbəb ola biləcək bir sıra faktorlar mövcuddur. Qeyd etmək lazımdır ki, hələ 2019-cu ildə məlum ollmuşdu ki, Xiaomi Xpeng adlı elektromobillərin istehsalına 400 milyon dollar investisiya yatırmışdı.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..


Apple bəzi səbəblərə görə Lightning girişindən imtina etməyəcək

Öz yeni hesabatında məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcəkdə öz məhsullarında Lightni..


Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək (VİDEO)..

Orbital Assembly Corporation şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib...


Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb (VİDEO)..

Bu, BOE şirkətinin eksklüziv texnologiyasıdır və heç bir digər şirkət belə bir texnologiyanın analoq..


10 saniyəlik video 6.6 milyon dollara satılıb

10 saniyəlik vdeonu almış şəxs ümumilikdə hər bir saniyə üçün 660.000$ vəsait ödəyib. ..


Sürücülərin çoxu avtopilot sistemli avtomobillərin istifadəyə verilməsindən qorx..

Amerikalı tədqiqatçılar öyrəniblər ki, sürücülərin böyük hissəsi yollarda pilotsuz avtomobillərin iş..

×