main-post-cover

    Xiaomi CC9 Pro smartfonu Geekbench testindən keçdi

    Elm & Texnologiya
    28.10.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti bugün CC9 Pro smartfon modelinin təqdimat tarixini elan etdi. Bundan əlavə olaraq sözügedən smartfon həmçinin məşhur Geekbench bençmark saytında testlərdən də keçib. Bu barədə Gizchina saytı xəbər verib. Geekbench-də ortaya çıxmış məlumata əasən smartfon 1.8 GHz tezlikdə çalışan 8 nüvəli Snapdragon 630G prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Smartfon Geekbench-in birnüvəli testində 545 xal, çoxnüvəli testində isə 1690 xal toplayıb. Testdən keçmiş model MIUI interfeysli Android Pie əməliyyat sisteminə sahib olub. Qeyd etmək lazımdır ki, CC9 Pro-nun təqdimatı 5 noyabr tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər