main-post-cover

    Xiaomi CC seriyasının smartfonlarının texniki göstəriciləri təqdimatdan öncə sızdırıldı

    Elm & Texnologiya
    24.06.2019
    Emil Nəcəfov
        Artıq məlumdur ki, Xiaomi şirkəti özünün smartfon seriyasına Xiaomi CC adlı yeni seriyanı əlavə edəcək. Həmin seriyanın ilk smartfon modelləri isə Xiaomi CC9CC9e modelləri olacaqlar. Sözügedən smartfon modelləri barəsində bəzi məlumatlar artıq internetdə ortaya çıxıb. Lakin indi həmin məlumatların yanına yeniləri əlavə olunub. Smartfonlar barədə yeni məlumatları məşhur hindistanlı insayder Mukul Sharma verib. Bu barədə Gagadget saytı xəbər verib.
        Beləliklə insayderin verdiyi məlumatlara əsasən Xiaomi CC9 modeli Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekran, Snapdragon 730 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX586) + 16 MP + 12 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model 378$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model 407$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 451$-a satılacaq.
        Xiaomi CC9e modelinə gəldikdə isə insayderin verdiyi məlumata əsasən bu smartfon Full HD+ keyfiyyətli 5.97 düym AMOLED ekran, Snapdragon 710 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX582) + 8 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model 232$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model 276$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 320$-a satılacaq.
    Linki kopyala