main-post-cover

    Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır

    Elm & Texnologiya
    29.07.2021
    Farid Pardashunas
        Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı təqdim olunub. Əldə olan məlumata əsasən Mi Band X adlı yeni nəsil smart qolbaq Xiaomi tərəfindən satışa çıxarılmış əvvəlki versiyalardan tamamilə fərqlənəcək. Bu, ilk növbədə qolbağın dizaynı ilə bağlıdır. Məlumata əsasən Mi Band X-in əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, insan biləyini 360 dərəcə əhatə edən elastiki ekrana sahib olacaq. Nəticədə smart qolbaq ənənəvi kəmərə sahib olmayacaq.
        Kəmərin əvəzinə qolbağın gövdəsi tamamilə sensorlu ekrandan ibarət olacaq. Təqdim olunmuş fotodakı slaydda qeyd olunub ki, cihaz çox yüngül və nazik olacaq. Bundan əlavə olaraq smart qolbağın biləyə bərkidilməsi prosesi maqnit bərkidicilər vasitəsilə reallaşdırılacaq. Fotonun müəllifi yeni nəsil Mi Band X-in dizayn fotosunu təqdim etməyib. Buna görə də final məhsulun necə görünəcəyi barəsində yalnız təsəvvürlər yaratmaq olar. Mi Band X-in nəticədə Mi Band 6-nın davamçısı və ya təcrübi bir layihə olacağı bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər