main-post-cover

    Xiaomi bu ilin birinci rübündə 28 milyon smartfon sata bilib

    Elm & Texnologiya
    20.05.2019
    Emil Nəcəfov
        Xiaomi şirkəti bu ilin birinci rübü üzrə satışlardan və qazanclardan danışıb. Çində smartfonlara tələbatın azalmasına baxmayaraq şirkətin göstəriciləri yüksəlməyə davam edir. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə bu ilin birinci rübü üzrə Xiaomi şirkəti bütün dünya üzrə 27.9 milyon smartfon satıb. Satışlardan əldə olunmuş qazanc isə 3.9 milyard dollar təşkil edib. Bu isə keçən ilki göstəricidən 16.2% çoxdur. Satılmış smartfonların orta qiymətləri Çində 30%, beynəlxalq bazarda isə 12% yüksəlib.
        Buna baxmayaraq keçən ilin birinci rübündə smartfonların satışları bir qədər daha çox olmuşdu (1.8%). Xiaomi platformasına qoşulmuş IoT (Internet of Things) cihazlarının sayı 171 milyona çatıb (smartfonlar və noutbuklar nəzərə alınmır). Bu sə keçən ilin birinci rüb göstəricisindən 70% yüksəkdir. Bu ilin birinci rübündə şirkətin ümumi mənfəəti 6.3 milyard dollar təşkil edib. Beləliklə şirkət 1 il ərzində öz mənfəətini 27.2% yüksəldə bilib. Şirkət tərəfindən əldə olunmuş gəlir 22.4% yüksələrək 303 milyon dollar təşkil edib.
    Linki kopyala