main-post-cover

    Xiaomi 4 arxa kameralı yeni Redmi smartfonunun təqdimatına hazırlaşır

    Elm & Texnologiya
    03.10.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti öz Twitter hesabında təqdimata hazırlaşan yeni smartfon modelinin tizer fotosunu təqdim etməklə Xiaomi pərəstişkarlarının maraqlarını özünə çəkib. Tizer fotodan da görmək olar ki, smartfon təkmilləşdirilimiş kameraya və uyğun qiymət göstəricisinə sahib olacaq. Bu barədə 4pda saytı xəbər verib. Şirkət bildirib ki, yaxın zamanda 4 kamera moduluna sahib yeni smartfon satışa çıxacaq. Şirkətin təqdim etdiyi tizer fotosu da bunu təsdiqləyir. Belə ki, həmin fotoda “hər kəs üçün 4 kamera” cümləsi əks edilib. Həmin cümlədən də belə qənaətə gəlmək olar ki, smartfon yüksək qiymətə satılmayacaq. Həmçinin fotoya əsasən yeni smartfon Redmi brendi altında satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər