main-post-cover

    Xiaomi 108 MP'lik kameraya sahib CC9 Pro smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    02.10.2019
    Farid Pardashunas
        Görünür, yaxın zamanda büdcəli Redmi 8 modelindən əlavə daha bir smartfonu da gözləmək lazımdır. Belə ki, Xiaomishka ləqəbi ilə tanınan məşhur insayderin verdiyi məlumata əsasən şirkət CC9 Pro smartfon modeli üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Məlumatda qeyd edilib ki, smartfonun əsas özəllikləri sırasında 108 MP-lik arxa kamera və Snapdragon 730G prosessoru olacaq. Smartfonun 24 oktyabr tarixində Çində təqdim olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, şirkətin Çində satılan CC9 CC9e smartfon modelləri qlobal bazarda Mi 9 LiteMi A3 adı ilə satılırlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər